AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə silahlı dəstəyə qarşı əməliyyat keçirilib, 12 nəfər tutulub

  • + A
  • - A
  • Bu gün, 10:09

    Türkiyədə silahlı dəstəyə qarşı əməliyyat keçirilib, 12 nəfər tutulub

    Türkiyədə silahlı mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

    Mərkəzi Diyarbəkir olan 3 vilayətdə silahlı mütəşəkkil cinayətkarlara qarşı əməliyyatda saxlanılan 21 şübhəlidən 12-si həbs edilib.

    Saxlanılan şəxslər Diyarbəkir, Mersin və Aydında narkotik satışı, qəsdən adam öldürmə, talama kimi bir çox cinayətlərdə ittiham olunurlar.

    Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı külli miqdarda narkotik vasitə, silah-sursat ələ keçirilib.(TRT Haber)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR