AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göndərişlər ən çox bu xəstəliklərə görə verilib

  • + A
  • - A
  • 26-01-2026, 16:07

    Göndərişlər ən çox bu xəstəliklərə görə verilib

    Son 3 ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə daxil olan göndərişlərin aid olduğu xəstəliklər məlum olub.

    Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

    O qeyd edib ki, daxil olan göndərişlərin 55-56%-i bədxassəli şişlər, sinir sistemi xəstəlikləri, psixiatriya xəstəlikləri üzrə olub.

    R.Rzayev əlavə edib ki, əlilliyi olan şəxslər üçün yoqa terapiyasına başlanılan dövrdən bu yana 10 mindən çox şəxsə yoqa xidməti göstərilib. Onun sözlərinə görə, 2025-ci ildə ümumilikdə 1156 yoqa xidməti göstərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR