AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski Tixanovskaya ilə görüşdü - Foto

  • + A
  • - A
  • 26-01-2026, 16:57

    Zelenski Tixanovskaya ilə görüşdü - Foto

    Ukrayna Prezidenti Volodimir Zelenski Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.

    Siyasətçilərin ilk görüşü Litvanın paytaxtı Vilnüs şəhərində keçirilib.

    Məlumata görə, görüş zamanı Zelenski Ukrayna, Tixanovskaya isə Belarus dilində danışıblar. Tixanovskaya belarusca danışarkən bəzən Ukrayna dilindəki sözlərdən istifadə etdiyini etiraf edib.

    “Belaruslu siyasətçi və prezidentliyə keçmiş namizəd demokratik Belarusa dəstəyinə görə Zelenskiyə təşəkkür edib”, - nəşr yazıb.

    V.Zelenski isə S.Tixanovskayanı Kiyevə səfərə dəvət edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR