AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub

  • + A
  • - A
  • 7-05-2026, 15:54

    Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub

    Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqçı Azərbaycana səfəri çərçivəsində Milli Aviasiya Akademiyasında olub.

    Monqolustan rəsmisi ali təhsil müəssisəsi ilə tanış olub, daha sonra isə tələbələrlə görüşdə iştirak edib.

    Azərbaycanın Baş prokuroru Kamran Əliyev Milli Aviasiya Akademiyasında çıxışı zamanı ölkədə prokurorluq sahəsində görülən işləri diqqətə çatdırıb. O həmçinin Azərbaycanın prokurorluq sahəsində beynəxalq əməkdaşlıqlarına da diqqət çəkib.

    Monqolostanın Baş prokuroru Jarqalsayxan Banzraqçı öz çıxışında Azərbaycanla əlaqələri yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da dərinləşməsinin önəmini vurğulayıb.

    Sonda tələbələrin sualları cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR