AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Prezident İlham Əliyevin təşəbbüsünün dəstklənməsi lider olmasının göstəricisidir”

  • + A
  • - A
  • 10-07-2020, 15:42

    Deputat: “Prezident İlham Əliyevin təşəbbüsünün dəstklənməsi lider olmasının göstəricisidir”


    BMT-nin 130-dək üzv dövlətinin Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi təkcə beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimad deyil, eyni zamanda cənab Prezident İlham Əliyevin qlobal səviyyədə bir lider kimi qəbul edilməsinin göstəricisidir.

    Bunu açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib. Onun sözlərinə görə, biz zaman-zaman Azərbaycan Prezidenti cənab İlham Əliyevin qlobal çağırışlara vaxtında çevik reaksiya verərək, məsələlərin həlli istiqamətində təşəbbüslərlə çıxış edərək, əməli addımlar atdığının şahidi olmuşuq.

    “Azərbaycan dövləti və Prezident İlham Əliyev koronavorus pandemiyasının başladığı ilk günlərdən təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu epidemiyaya qarşı mübarizə aparılması istiqamətində əməli addımlar atdı. Dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatlar koronavirusla bağlı mübarizədə özünə qapandığı bir zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu bəlaya qarşı regional və qlobal əməkdaşlığın formalaşdırılması istiqamətində real addımlar atıldı. Azərbaycan ilk olaraq Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərərək, dünyanın pandemiyadan əziyyət çəkən ölkələrinə 5 milyon dollar həcmində yardım etdi. Bunun ardınca aprelin 10-da Türk Şurasının Zirvə görüşünü keçirərək bu istiqamətdə regional həmrəylik və əməkdaşlığın yaradılması istiqamətində addımlar atdı.

    Bu fəaliyyəti ilə kifayətlənməyən Azərbaycan mayın 4-də sədri olduğu, BMT-dən sonra dünyanın ən iri beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının Zirvə görüşünü təşkil etdi və bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Zirvə görüşündə çıxış edən beynəlxalq təşkilat və dövlət başçıları Azərbaycan və Prezident cənab İlham Əliyevin qlobal miqyasda pandemiyaya qarşı mübarizəsini yüksək dəyərləndirdilər. Bu addımları ilə Azərbaycan sədrlik etdiyi Türk Şurası və Qoşulmama Hərəkatının beynəlxalq aləmdəki nüfuzunun daha da möhkəmlənməsinə xidmət etmiş oldu. Bax bu Azərbaycan Prezidentinin necə bir qlobal səviyyəli lider olduğunun göstəricisidir.

    Məhz qlobal liderliyin nəticəsidir ki, cənab İlham Əliyev təkcə lideri olduğu Azərbaycanın yox, eyni zamanda məsələlərə qlobal baxışı nəticəsində ölkəmizin sədrlik etdiyi Türk Şurası və Qoşulamama Hərəkatının beynəlxalq aləmdəki nüfuzunun, mövqeyinin möhkəmlənməsi istiqamətində əməli addım atmış oldu. Bu addımı ilə cənab İlham Əliyev hələ Qoşulmama Hərəkatına sədr seçilərkən təşkilatın beynəlxalq aləmdə nüfuzu və qlobal səviyyədə görəcəyi işlər, üzərinə götürdüyü missiyanı uğurla icra etmək istiqamətində bəyan etdiyi vədlərə əməl etmiş oldu. Burada digər bir məqamı da xatırlatmaq yerinə düşər ki, Azərbaycan 30-dək dünyanın müxtəlif ölkəsinə yardım edib. Bundan əlavə olaraq Azərbaycan ikinci dəfə qlobal səviyyədə koronavirusla effektiv mübarizənin təşkil edilməsi məqsəsi ilə ÜST-ə daha 5 milyon dollar yardım etdi”, – deputat qeyd edib.

    Deputat əlavə edib ki, Prezident İlham Əliyev pandemiyanın dünya üçün nə qədər təhlükəli olduğunu nəzərə alaraq bu bəlanın yalnız dünya ölkələrini həmrəyliyi və birgə əməkdaşlığı nəticəsində aradan qaldırılmasının mümkünlüyünü düşünür.

    “Bu fikri bütün dünya ölkələri qəbul edir, ancaq bu istiqamətdə hər hansı əməli təkliflərlə çıxış etməyiblər. Yeganə olaraq Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının Zirvə görüşündə belə bir təkliflə çıxış etdi. Azərbaycan Prezidentinin bu təklifi dünyanın artıq 130 ölkəsi tərəfindən dəstəklənib. Şübhəsiz ki, BMT-nin 130-dək üzv dövlətinin Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Prezidentinin Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən həm ölkəmizə böyük etimadın, həm də Prezident İlham Əliyevin qlobal səviyyədə bir lider kimi qəbul edildiyinin göstəricisidir. Bu fakt bir daha Azərbaycanın dünyada artan nüfuzunun əyani nümunəsidir. Düşünürəm ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsində mühüm rol oynayacaq”-deyə, deputat vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR