AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşa xalqımız üçün bir dəyərdir, cənab Prezident bunu bir daha dünyaya sübut etdi

  • + A
  • - A
  • 6-01-2021, 14:17

    Şuşa xalqımız üçün bir dəyərdir, cənab Prezident bunu bir daha dünyaya sübut etdi


    Vusalə Fətəliyeva
    Yap Şuşa Rayon Qadınlar Şurasının sədri

    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Şuşanı Azərbaycan Mədəniyyətinin Paytaxtı elan etməsi Tarixi Qələbədən sonra Əziz Şuşaya olan böyuk qiyməti və məhəbbətidir. Poeziya, musiqi beşıyi sayılan tarixi mədəniyyət şəhərində işgaldan əvvəl keçirilən Vaqif poeziya bayramları, Xarı bülbül musiqi festivallarının ənənəsini 30 ildən sonra yenidən yaşatmaq üçün Cənab Prezidentin verdiyi tapşırıqlar o günlərin iştirakçılarına, bütünlüklə mədəniyyətə dəyər verən hər bir azərbaycanlıya misilsiz sevinc gətirdi. O günlərin şahidləri yaxşı xatırlayır ki, heç vaxt unudulmayan bayramlarda Ümumilli lider Heydər Əliyev, Zərifə xanım, həm də çox gənc, əziz İlham Əliyev də iştirak edirdi. Şuşanın əsrarəngiz təbiəti, Azərbaycanın görkəmli ədəbiyyat və musiqi xadimləri, Qarabağın, Şuşanın istedadlı şair və mügənniləri böyuk bayram proqramları ilə qonaqları, yerli əhalini məftun edirdilər. Bu ənənəvi günləri qaytarmaq üçün Cənab Prezidentin verdiyi tapşırıqlar hər birimiz üçün böyuk fəxarət hissi yaratdı. Məşhur görkəmli insanların ruhu şad oldu. Cabbar Qaryagdı oğlunun, Seyid Şuşinskinin, Xanın, Bülbülün, Niyazinin, Rəşidin, Əşrəf Abbasovun Süleyman Ələsgərovun, Vasif Adıgözəlovun, Lətif Kərimovun, Toğrul Nərimanbəyovun, M.M.Nəvvabın, X.B Natəvanın, Q.B.Zakirin, Ə.Haqverdiyevin, N.B .Vəzirovun, Y,V.Çəmənzəminlının, Əhməd bəy Ağaoğlunun, Bədəlbəylilərın, Mehmandarovların, Əmirovların, çox - çox insanların vətəni Əziz Şuşa azad günlərini yaşayır, bərpa, təmir işlərinə başlanılıb. Bu xöşbəxtliyi bizə nəsib edən, 28 illik həsrətə, iki yüz illiklərlə erməni vəhşiliklərinə əbədi son qoyan, Ali Baş Komandanın möhtəşəm rəhbərliyi ilə Müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı Şanlı Qələbəsi ilə Azərbaycanın ərazi butövlüyü təmin edildi. Qələbə günlərinin sevincini yaşayan şuşalılar bu gün vətənlərinin Mədəniyyət Paytaxtı elan olunmasına görə Dövlət Başçısına dərin minnətdarlığını bildirirlər.
    Cənab Prezident, Sizin rəhbərliyinizlə Əziz Şuşanın daha gözəl, memarlığın bütün zərifliyini, ahəngdarlığını, tarixiliyini özündə əks etdirəcək füsunkar şəhər olacağına inanaraq, Sizə hər bir qərarınızda uğurlar, aydın yollar arzulayırıq.

    Allah Sizi qorusun.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR