AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Masallı Təhsil Fondu" məktəbli qızlara test kitabları payladı

  • + A
  • - A
  • 20-02-2021, 19:15


    "Masallı Təhsil Fondu" öz ənənəsinə sadiq qalaraq rayonun 70-saylı seçki dairəsinə daxil olan 25 tam orta məktəbin 11-ci sinif şagirdlərinə 15 fevral 2021-ci il tarixdən qızlarımızın ali məktəblərə daxil olmalarına kömək məqsədi ilə test kitabları hədiyyə edildi.
    Masallı Təhsil Fondu keçən tədris ilində qızlarımızın ali məktəblərdə oxumalarına kömək məqsədi ilə onların təhsil haqqlarını və təqaüdlərinin ödənilməsi, məktəblərimizdə qızların təhsil almalarına maraqı artırmışdır.
    Təhsil Fondu və onun əməkdaşları online üsulu ilə qızlarla mütəmadi əlaqə saxlayır və hər hansı çətinliklərin aradan qaldırılmasına köməklik göstərirlər.Beləliklə Masallı Təhsil Fondunun məktəblərlə sıx əlaqəsi təhsilin inkişafına öz təsirini göstərir.
    Masallı Təhsil Fondu rayonun digər məktəblərində təhsil alan qızların və onların valideyinlərinin müraciətlərini nəzərə alaraq 41 tam orta məktəblərdə şagirdlərə kömək məqsədi ilə test kitablarının hədiyyə verilməsinə başlamışdır.
    Masallı Təhsil Fondu I və II Qarabağ müharibəsi şəhidlərinin övladlarına,ali məktəblərə daxil olduqdan sonra onların hər birinə təqaüdlərin verilməsini nəzərdə tutur.
    Hüseyn Hüseynov,
    Masallı Təhsil Fondunun direktoru
    :Rəmzi Şahverdiyev,
    Masallı Təhsil Fondunun əməkdaşı








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR