AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

  • + A
  • - A
  • 30-09-2022, 19:26

    ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi


    Amerika Birləşmiş Ştatları Ukrayna ərazilərinin ilhaqına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

    ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, siyahılara biznes nümayəndələri, Rusiya hərbçiləri və siyasətçiləri daxil edilib.

    Bildirilir ki, Rusiyanın hərbi-sənaye kompleksinin 14 nümayəndəsi, o cümlədən beynəlxalq təchizatçılar, maliyyə infrastrukturunun 3 əsas rəhbəri, bəzi məmurların qohumları və Rusiya qanunverici orqanının 278 üzvü sanksiyaya məruz qalıb.

    "Putin Ukraynanın bəzi hissələrini ilhaq etməyə çalışsa da, biz dayanmayacağıq. Maliyyə Nazirliyi və ABŞ hökuməti bu gün Rusiyanın onsuz da deqradasiyaya uğramış hərbi sənaye kompleksini daha da zəiflətmək və onun qeyri-qanuni müharibə aparmaq qabiliyyətini sarsıtmaq üçün radikal addımlar atmaqdadır", - xəzinədarlıq katibi Janet Ellen bildirib.

    Bundan əlavə, Böyük Britaniya kökuməti də Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinaya qarşı sanksiyalar tətbiq edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR