NATO-nun baş katibi Yens Stoltenberq sabah Türkiyəyə səfər edəcək. Azadmedia.az xəbər verir ki, NATO-dan edilən şərhə görə Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Stoltenberq Çavuşoğlu ilə mətbuat konfransı da keçirəcək. Açıqlamada Stoltenberqin 6 fevralda baş verən zəlzələnin episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan bölgələrə də səfər edəcəyi qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.