AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə və Səudiyyə Ərəbistanı bir sıra razılaşma və anlaşma memorandumu imzalayıb - Ciddə

  • + A
  • - A
  • 18-07-2023, 10:41

    Türkiyə və Səudiyyə Ərəbistanı bir sıra razılaşma və anlaşma memorandumu imzalayıb -


    Türkiyə və Səudiyyə Ərəbistanı enerji, rabitə, investisiya və müdafiə sahələrində bir sıra razılaşma və anlaşma memorandumu imzalayıb.

    Azadmedia.az xəbər verir ki, sənədlərin imzalanması Ciddədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında keçirilən görüşdən sonra baş tutub.

    Qeyd edək ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ilə Səudiyyə Ərəbistanı İnformasiya Nazirliyi arasında rabitə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Türkiyə Milli Müdafiə Nazirliyi ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında əməkdaşlığın icrası planı, Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi arasında enerji sahəsində Anlaşma Memorandumu və Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə Baykar şirkəti arasında əməkdaşlıq müqaviləsi daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR