AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FIRTINA VƏ QASIRĞA NƏDƏN YARANIR?-ALİMLƏRİN İZAHI

  • + A
  • - A
  • Bu gün, 08:13

    FIRTINA VƏ QASIRĞA NƏDƏN YARANIR?-ALİMLƏRİN İZAHI

    "Melissa" qasırğasının güclənməsi və onun Yamaykaya təsir edən ən güclü fırtınalardan birinə çevriləcəyi gözləntiləri, böyük ehtimalla, Dünya okeanının sürətli isinməsinin göstəricisidir.

    "Guardian" qəzeti yazır ki, bu barədə elm adamlarının apardıqları araşdırmalarda qeyd olunur.

    Meteoroloqlar bildirirlər ki, bu il Atlantik okeanında fırtına və qasırğalar zamanı küləyin gücündə nəzərəçarpacaq artım müşahidə olunub. Bu hal insan fəaliyyəti ilə bağlı iqlim böhranı ilə əlaqələndirilir və okean sularının temperaturunun yüksəlməsinə səbəb olur. Belə ki, suyun orta temperaturu təxminən +30°C-dir ki, bu da normadan 2-3°C yüksəkdir.

    Alimlərin fikrincə, iqlim dəyişikliyi, xüsusilə qaz yanacağının yandırılması və meşələrin qırılması hava şəraitinə əsaslı şəkildə təsir edir. Bu səbəbdən sürətli və ultrasürətli fırtınaların güclənməsi ehtimalı artmaqda davam edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR