Kiprdə bufer zonada olan BMT sülhməramlı qüvvələrinin nümayəndələrinin orada yaşayan yerli türklərə qarşı hərəkətləri qəbuledilməzdir və regionda gərginliyə səbəb olur.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
Belə ki, “Sülhməramlı qüvvələrin Şimali Kipr Türk Respublikasının sakinlərinə qarşı hərəkətləri bizim üçün qəbuledilməzdir. Təəssüf ki, onlar regionda gərginliyin artmasına səbəb olub, onların nə hüquqi, nə də humanitar əsasları var”, - deyə Erdoğan bildirib.
Qeyd edək ki, daha öncə Türkiyə Xarici İşlər Nazirliyi BMT-nin sülhməramlı qüvvələrinin bu addımını pisləmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.