AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İndoneziyada havanın çirklənməsinin qarşısının alınması tədbirləri davam edir - Belə tədbir olmamışdı...

  • + A
  • - A
  • 22-08-2023, 10:00

    İndoneziyada havanın çirklənməsinin qarşısının alınması tədbirləri davam edir -



    İndoneziyanın paytaxtı Cakartada havanın çirklənməsinin qarşısının alınması tədbirləri çərçivəsində ictimai idarələrdə çalışanlar evdən işləyəcək.

    Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Cakartanın əvəzedici valisi Heru Budi Hartononun təlimatı ilə verilən tətbiq çərçivəsində dövlət işçilərinin yarısı 21 avqustdan etibarən 2 ay, 25 faizi isə sentyabrdan 21 oktyabra qədər evdən çalışacaq. İşçilərin vacib olmayan şəxsi işlərilə bağlı evdən çıxmasının qarşısını almaq üçünsə yoxlamalar aparılacaq.

    Qeyd edək ki, İndoneziyada hava kirliliyi ölkə prezidenti Coko Vidodonun (Joko Widodo) son həftələr bərk öskürmələrinə də səbəb göstərir. Eyni zamanda, paytaxtda 5-7 sentyabr tarixlərində Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası (ASEAN) tərəfindən təşkil edilən zirvə toplantısının təxirə düşəcəyindən ehtiyat edilir.

    Artıq İndoneziya hökuməti ətraf mühitin çirklənməsinə görə vergi tətbiq etmək və fabriklərdə yoxlamaları artırmağı planlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR