Sudanda ölkənin qərbindəki Cənubi Darfur əyalətinin Nyala şəhərində ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmalarda 60 nəfərin öldüyü, təxminən 50 min insanın isə didərgin düşdüyü açıqlanıb.
Azadmedia.az TRT-yə istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) verilən açıqlamada 11-17 avqust tarixlərində Sudan Silahlı Qüvvələri ilə HDK arasında qarşıdurmaların Nyalada yenidən alovlandığı və bunun mülki insanlara mənfi təsir göstərdiyi bildirilib.
Nyala şəhərində baş verən qarşıdurmalarda 60 nəfərin öldüyü, 250 nəfərin yaralandığı, 50 minə yaxın insanın isə didərgin düşdüyü açıqlanıb.
"Hazırda kadr çatışmazlığı olan Nyala Sudan Türkiye Tədris və Araşdırma Xəstəxanasının əməkdaşlarının yaralılarla mübarizə apardığı bildirilir və sahədəki humanitar tərəfdaşlar tibbi ləvazimatların tükəndiyini deyirlər", - açıqlamada qeyd edilib.
Açıqlamada həmçinin Nyala şəhərinə getməsi planlaşdırılan ərzaq, tibbi ləvazimat və su yüklü yük maşınlarının qarşıdurmalara görə avqustun 14-dən Şərqi Darfur əyalətinin Dein şəhərində olduğu və ərzaq paylanmasının təxirə salındığı qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.