Rusiya qarşısında götürülən bütün öhdəliklər real yerinə yetirildiyi halda geri qayıtmaq mümkündür.
Belə ki, bu sözləri Rusiya lideri Vladimir Putin BRİKS Biznes Forumunun iştirakçılarına video-müraciətində deyib.
“Rusiyanın dünya bazarlarına taxıl və gübrə ixracının sanksiyalardan çıxarılması ilə bağlı qondarma sövdələşmənin şərtlərinin heç biri yerinə yetirilməyib. Bununla bağlı Rusiya qarşısında öhdəliklərə sadəcə olaraq məhəl qoyulmadı”, - o bildirib.
Putinin sözlərinə görə, Rusiya həm kommersiya əsasında, həm də ehtiyacı olan dövlətlərə təmənnasız yardım şəklində Ukrayna taxılını əvəz etməyə qadirdir:
“Bu il də əla məhsul gözlənilir. İlk addım olaraq, bu malların pulsuz çatdırılması da daxil olmaqla, altı Afrika ölkəsinə 25-50 min ton taxılın pulsuz göndərilməsinə qərar verdik. Tərəfdaşlarla danışıqlar başa çatmaq üzrədir”. Axaraz
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.