AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya-Ukrayna müharibəsi yaxın zamanda bitməyəcək - BMT

  • + A
  • - A
  • 25-08-2023, 19:18

    Rusiya-Ukrayna müharibəsi yaxın zamanda bitməyəcək -


    Birləşmiş Millətlər Təşkilatı Rusiyanın 17 iyulda Qara Dəniz Taxıl Dəhlizi Sazişindən çıxmaq qərarından sonra Ukraynada müharibənin şiddətinin artdığı barədə xəbərdarlıq edib.

    Azadmedia.az Xarici KİV-ə istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında Ukraynadakı son hadisələr müzakirə olunub.

    Belə ki, burada üzv dövlətləri məlumatlandıran BMT baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmarri DiKarlo bəyan edib ki, BMT Nizamnaməsini də pozan Rusiya-Ukrayna müharibəsi yaxın zamanda bitməyəcək.

    Həmçinin DiKarlo qeyd edib ki, BMT Ukraynada ədalətli və davamlı sülh üçün bütün “mənalı səyləri” dəstəkləməyə davam edəcək:

    “Müharibənin şiddəti Rusiyanın iyulun 17-də Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmaq qərarından sonra artıb”.
    DiKarlo Qara dənizdə artan gərginliyə və gediş-gəliş azadlığına qarşı təhdidlərə diqqət çəkib.

    O eyni zamanda xəbərdarlıq edib ki, taxıl obyektlərinə edilən hücumlar "genişmiqyaslı qlobal nəticələrə" səbəb ola, bunlar atılan addımlara təhlükə yarada və dünyada ərzaq təhlükəsizliyi ilə mübarizə aparan təxminən 345 milyon insan üçün dəhşətli nəticələrə səbəb ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR