31 avqust-1 sentyabr tarixlərində Ermənistan tərəfi növbəti dəfə hərbi təxribata əl atıb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
"Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-larından və atıcı silahlardan istifadə etməklə atəş açıblar.
Azərbaycan tərəfinin mövqelərinə qarşı məqsədyönlü şəkildə törədilmiş bu təxribat nəticəsində ümumilikdə 3 hərbi qulluqçumuz yaralanıb.
Ermənistan tərəfindən ölkə daxilində gərgin siyasi-ictimai vəziyyətdən diqqəti yayındırmaq, habelə beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə törədilən bu kimi əməllər ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.
Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür.
Azərbaycan bundan sonra da bu kimi təxribatların qarşısının alınması istiqamətində bütün lazımi tədbirləri görməyə davam edəcək", - məlumatda qeyd olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.