AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynadakı müharibənin mənfi təsirlərinin azaldılması vacibdir - Quttereş

  • + A
  • - A
  • 1-09-2023, 12:56

    Ukraynadakı müharibənin mənfi təsirlərinin azaldılması vacibdir -


    Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Ukraynada sülhün yaxın gələcəkdə mümkün görünmədiyinə diqqət çəkib.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Quterreş BMT-nin Nyu-Yorkdakı binasında verdiyi açıqlamada sentyabr ayının "çoxtərəfli diplomatiya ayı" olacağını bildirərək, Keniyada keçiriləcək Afrika İqlim Sammitində, İndoneziyadakı Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) - BMT-nin sammitində, Hindistanda keçiriləcək G20 Zirvəsi və Kubada keçiriləcək Çin-G77 Zirvəsinə qatılacağını açıqlayıb.

    Belə ki, BMT Baş Assambleyasının 78-ci iclasının Nyu-Yorkda keçiriləcəyini xatırladan Quterreş Ukraynada sülhlə bağlı böyük bir inkişaf gözləmədiyini bildirərək deyib ki, ümid heç vaxt bitmir, amma yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olması mümkün görünmür. Əksinə inanıram desəm, yalan danışaram.

    Qeyd edək ki, bu səbəbdən də BMT-nin baş katibi Ukraynadakı müharibənin mənfi təsirlərinin azaldılmasının vacib olduğunu vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR