AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə prezidenti Soçiyə səfər edəcək - Rusiya-Ukrayna müharibəsi müzakirəsi..

  • + A
  • - A
  • 4-09-2023, 02:08

    Türkiyə prezidenti Soçiyə səfər edəcək -


    Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün sabah Soçiyə səfər edəcək.

    Ərdoğan və Putinin görüşündə ən mühüm gündəm mövzusu Rusiyanın 17 iyulda geri çəkildiyi Qara dəniz taxıl dəhlizi sazişi olacaq. İki lider razılaşmanın bərpası üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparacaq.

    Rusiya-Ukrayna müharibəsi və Suriya başda olmaqla regional hadisələrin müzakirə ediləcəyi görüşdə iki ölkə arasında enerji, ticarət, iqtisadiyyat və turizm başda olmaqla əlaqələr də müzakirə olunacaq.

    Dünyanın səbirsizliklə gözlədiyi toplantıda Rusiya qazının Türkiye üzərindən Avropaya nəqli layihəsi də gündəmdə olacaq.

    Ərdoğanın səfərindən əvvəl xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb. TRT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR