ABŞ İranın uranı 60 faiz saflığa qədər zənginləşdirməsinin əsaslı və sülh məqsədli səbəbinin olmadığını bildirib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti sözçüsünün müavini Vedant Patel paytaxt Vaşinqtonda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Belə ki, İranın 60 faiz saflıqda uranın zənginləşdirilməsi prosesi ilə bağlı sualı cavablandıran Patel deyib:
“İranın 60 faizədək zənginləşdirilmiş uranı istehsal etməsi üçün əsaslı və sülh məqsədli səbəbi yoxdur. İranın dinc məqsədlər üçün yüksək səviyyəli uran istehsal etdiyinə dair açıqlamaları var. Hazırda dünyanın heç bir ölkəsi bu iddialara uyğun olaraq 60 faizə qədər zənginləşdirilmiş urandan istifadə etmir”.
Qeyd edək ki, Vedant Patel həmçinin bəyan edib ki, Tehran və Vaşinqton arasında nüvə danışıqlarında heç bir irəliləyiş yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.