Cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel ilə telefon danışığı aparıb.
Telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərini, regiondakı mövcud vəziyyəti və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
“Bayramov regiondakı mövcud vəziyyətlə bağlı Azərbaycanın mövqeyini Borrelin diqqətinə çatdırıb. O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən hərbi-siyasi təxribatlarının, bəyanatlarının regionda sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb. O qeyd edib ki, Ermənistan tərəfindən bu təxribatların qarşısının alınması vacibdir”, - məlumatda qeyd olunur.
Bayramov onu da qeyd edib ki, Ermənistan artıq iki il yarımdır ki, Laçın yolundan qanunsuz hərbi və digər məqsədlər üçün istifadə edir və hazırda “regionda humanitar vəziyyət”lə bağlı yayılan iddiaların heç bir əsası yoxdur.
V.Bayramov vurğulayıb ki, regionda əsas təhlükə mənbəyi Ermənistanın dəstəklədiyi və hələ də Azərbaycan ərazilərindən çıxarılmamış qanunsuz erməni silahlı birləşmələridir.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.