ABŞ Ermənistan və Azərbaycan arasında problemlərin diplomatiya yolu ilə həlli üçün fəal səylərini davam etdirəcək, ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında bildirib.
Ermənistanın baş naziri 6 oktyabr 2022-ci ildə Praqada və 14 may 2023-cü ildə Brüsseldə əldə olunmuş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatiya və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.
“Blinken bütün problemlərin dialoq və dinc diplomatiya yolu ilə həllinin vacibliyini bəyan edərək, ABŞ-ın bu istiqamətdə fəal səylərini davam etdirəcəyini qeyd edib”, - Ermənistan hökuməti bildirib.
Qeyd olunur ki, tərəflər vəziyyətin gərginləşməsinin yolverilməzliyini bəyan edərək, regionda sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.