AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistan dövri sədrliyini bu ölkəyə təhvil verdi - Digər ölkələr də bəlli oldu

  • + A
  • - A
  • 10-09-2023, 17:09

    Hindistan dövri sədrliyini bu ölkəyə təhvil verdi -

    Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G-20 Sammitində Hindistan dövri sədrliyini Braziliyaya təhvil verdi.

    Sammitin bağlanış iclasında Hindistanın baş naziri Narendra Modi sədrlik mandatını Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya təqdim edib. Beləliklə, G-20-nin dövri sədrliyi Braziliyaya keçib.

    Braziliyanın dekabrın 1-dən etibarən öhdəsinə götürəcəyi G-20-nin dövri sədrliyi 2025-ci ildə Cənubi Afrika, 2026-cı ildə isə Amerika Birləşmiş Ştatlarına (ABŞ) keçəcək.

    Braziliya 2024-cü ildə sədrliyi dövründə yoxsulluq, davamlı inkişaf, Beynəlxalq Valyuta Fondu və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qlobal təsisatlarında islahatlara üstünlük verəcək.

    Hindistanın baş naziri N.Modi yekun nitqində 2023-cü ilin noyabr ayında onlayn dövlət başçıları sammitinin keçirilməsini təklif edib.

    Vyetnama səfər etmək üçün Hindistandan ayrılan ABŞ prezidenti Co Bayden "X" sosial media platformasında verdiyi açıqlamada sammiti dəyərləndirərək bildirib: “Qlobal iqtisadiyyatın iqlim böhranı, zəiflik və münaqişə kimi bir sıra şoklardan əziyyət çəkdiyi bir vaxtda builki G-20 Sammiti sübut etdi ki, o, hələ də ən aktual problemlərimizə həll yolları təklif edə bilir”. TRT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR