“Ukraynada Rusiyanın genişmiqyaslı hərbi təcavüzü başlayandan indiyədək 9,6 mindən çox dinc sakin həlak olub, 17,5 mindən çox insan isə yaralanıb”.
Azadmedia.az-ın məlumatına görə, bu barədə xarici KİV BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yeni hesabatına istinadən xəbər verir.
Belə ki, həmin məlumata 24 fevral 2022-ci il tarixindən 10 sentyabr 2023-cü il tarixinədək Ukraynada hərbi əməliyyatlar nəticəsində mülki şəxslərin həlak olması və yaralanması daxildir.
Qeyd edək ki, bu müddət ərzində ölkədə 27 149 mülki itki qeydə alınıb: 9 614 nəfər həlak olub, 17 535 nəfər yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.