ABŞ və İran arasında dustaq mübadiləsinin gələn həftə, sentyabrın 18-də baş tutacağı gözlənilir.
Azadmedia.az xəbər verir ki, bu bu barədə Xarici KİV məlumat yayıb.
Belə ki, BMT Baş Assambleyasının iclasından bir gün əvvəl ABŞ və İran beş dustağı dəyişəcək. Razılaşmaya əsasən, ABŞ İranın 6 milyard dollar vəsaitinə sanksiyanı aradan qaldıracaq.
Bayden administrasiyası qeyd edib ki, Tehrana bu vəsaitləri yalnız humanitar məqsədlər üçün istifadə etməyə icazə veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.