Estoniya Latviya-Belarus sərhədinə qüvvələr göndərir.
Azadmedia.az xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas "X" platformasında ("Twitter) bildirib.
Belə ki, "Estoniya Latviyaya polis və sərhəd xidməti qüvvələrindən ibarət bir qrup göndərir. Latviya Belarusdan davam edən hibrid fəaliyyətlərə qarşı mübarizə üçün bizdən kömək istəyib. Biz Aİ-nin xarici sərhədlərini qorumaq və qonşularımızla çiyin-çiyinə olmaq üçün öz köməyimizi təklif edirik", - Baş nazir Kallas qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.