BMT Ermənistanı təşkilatın Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrinə hörmət etməyə çağırıb. Bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik ötən şənbə günü erməni separatçılarının Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi qondarma “seçkilər”lə bağlı sualı cavablandırarkən deyib. O, həmçinin əlavə edib ki, BMT baş katibi Ermənistan və Azərbaycanı regionda sülh və təhlükəsizlik naminə münasibətlərin uzunmüddətli normallaşması üçün səyləri aktivləşdirməyə çağırır. Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsində separatçıların təşəbbüsü ilə keçirilən qondarma “seçkiləri” qəti şəkildə pisləməyə çağırıb. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın status-kvonu saxlamaq və işğalçılıq siyasətini davam etdirmək üçün addımlar atmaqda davam etdiyini vurğulayıb. İrəvan sülh prosesində təxribatlar yolu ilə getməkdə və vəziyyəti gərginləşdirməkdə maraqlıdır XİN bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.