Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, Rusiya, Azərbaycan və Ermənistana liderlər səviyyəsində Qarabağ məsələsi ilə bağlı dördtərəfli görüş keçirməyi təklif edib.
"Bəli, bizim prioritetlərimiz əvvəllər nəzərdə tutulduğu kimi, üçtərəfli formatda danışıqlar aparmaqdır. Amma biz dördtərəfli formatda da görüşməyi təklif etmişik. Biz belə bir təklifi çatdırmışıq. Yəni, mən, [Rusiya Prezidenti Vladimir] Putin, [ Azərbaycan prezidenti] İlham Əliyev və [Ermənistanın baş naziri Nikol] Paşinyan. Mən dedim, gəlin görüşək və atılması lazım olan addımları birlikdə müzakirə edək. Hazırda bu təklifə nə mənfi, nə də müsbət cavab almışıq". Ərdoğan Nyu-Yorka uçuşdan əvvəl İstanbulda televiziya kanalları tərəfindən yayımlanan mətbuat konfransında deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.