Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında XV Türkiyə Günü və Cümhuriyyətin 100-cü ildönümü festivalı keçirilib.
Tədbir Xaricdəki Türklər və Əqrəba İcmalar Departamenti (YTB), Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə-Amerika Milli Rəhbər Komitəsi tərəfindən Klifton Memorial Parkında təşkil olunub.
Bu il XV Türkiyə Günü tədbiri çərçivəsində Cümhuriyyətin 100-cü ildönümü festivalı da keçirilib.
Tədbirdə stendlər açılıb, iştirakçılara Türkiyə milli yeməkləri təqdim olunub, musiqiləri səsləndirilib.
Festivalda Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal, Türkiyənin ABŞ-dakı səfiri Murat Mercan, YTB-nin sədri Abdullah Eren və Nyu-Yorkda Türkiyənin baş konsulu Reyhan Özgür iştirak ediblər.TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.