AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səhhətində ciddi problemlərinin olduğu deyilən Kadırov açıqlama verib - KİV

  • + A
  • - A
  • 20-09-2023, 22:55

    Səhhətində ciddi problemlərinin olduğu deyilən Kadırov açıqlama verib -


    Çeçenistan rəhbəri Ramzan Kadırovun Moskva Mərkəzi Klinik Xəstəxanasında qalması onun səhhəti ilə deyil, əmisi Maqomed Kadırovla bağlı olub.

    Belə ki, bu barədə Çeçenistan rəhbəri Teleqram kanalında məlumat verib.

    Kadırov iddia edir ki, ezamiyyətdə olarkən Mərkəzi Klinik Xəstəxanaya qohumuna baş çəkmək üçün gəlib.

    O, səhhəti ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Kadırov deyib ki, ki, xəstə olsa belə, hay-küy olmamalıdır:

    “Həmd olsun uca Allaha, mən sağam və sağlamam və heç başa düşmürəm ki, xəstəliyim zamanı belə hay-küy nə üçün olmalıdır? Baxmayaraq ki, bunun öz üstünlüyü var - indi tamaşaçılar hansı medianın və hansı şəxslərin öz oxucularına açıq yalan danışdığını bilirlər".

    Qeyd edək ki, daha öncə Kadırovun səhhətində ciddi problemlərinin olduğu, koma vəziyyətinə düşdüyü, hətta ölməsi barədə xəbərlər yayılmışdı.axar.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR