Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi Cənubi Koreyanın Kiyevi Rusiyanın işğalından müdafiə etmək üçün növbəti yardım tranşının bir hissəsi olaraq Ukraynaya 2 ədəd K600 “Rhino” mina təmizləmə maşını göndərəcəyini açıqlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Belə ki, “Hökumətimiz bu yaxınlarda Ukraynaya artıq təmin edilmiş köhnə mina detektorlarına əlavə olaraq, ən qısa müddətdə 2 ədəd maneə təmizləmə maşını təqdim etmək qərarına gəlib”, - deyə məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.