Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nyu-Yorkda Cozef Bayden və Mərkəzi Asiya ölkələrinin başçıları ilə görüşündə ABŞ Prezidentini nüvə silahının olmadığı Mərkəzi Asiya ilə bağlı protokolu ratifikasiya etməyə çağırıb.
Azadmedia.az Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, bu protokolu ratifikasiya etmiş dövlətlər Mərkəzi Asiya ölkələrinə qarşı nüvə silahından istifadə etməyəcəklərini və onları hədələməyəcəklərini öhdəliklərinə götürüblər.
Bundan başqa, Tokayev qeyd edib ki, bu addım regionun nüvəsiz statusunun institutsionallaşdırılması prosesini tamamlayacaq. Eləcə də nüvə tərk-silahı və yayılmaması üçün beynəlxalq səylərdə mühüm mərhələ olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.