Türkiyə Niderlandın Haaqa şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv bəzi ölkələrin səfirlikləri, o cümlədən Türkiyə diplomatik missiyası qarşısında Qurani-Kərimə qarşı həyata keçirilən iyrənc hücumları qətiyyətlə pisləyir.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Belə ki, Türkiyə Xarici İşlər Nazirliyi BMT-nin dini nifrət və beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiyi bu cür təxribatlara qarşı ölkələri təsirli tədbirlər görməyə çağırıb.
Bildirilib ki, “Bu hücumlara qarşı birlikdə hərəkətə keçdiyimiz Niderland səlahiyyətlilərini hadisəni törədən şəxsə qarşı lazımi tədbirlər görməyə və oxşar hadisələrin təkrarlanmaması üçün tədbir görməyə çağırırıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.