AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhidlərimizin Əziz Xatirəsinə Quran Ziyafəti Təşkil Olunub - ÖZƏL

  • + A
  • - A
  • 25-09-2023, 19:03

    Şəhidlərimizin Əziz Xatirəsinə Quran Ziyafəti Təşkil Olunub -

    Bakı, 25 sebtyabr — Azadmedia.az

    Türkiyə Səfirliyinin Dini İşlər Üzrə Müşavirliyi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində “Bütün Şəhidləri Anma, Xətm və Dua” adlı tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə açan Türkiyə Səfirliyinin Dini İşlər Üzrə Müşaviri İhsan Açık çıxışında Quran ziyafətini şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu qeyd edib. Artıq üçüncü Quran ziyafətinin keçirildiyini və bu gözəl ənənənin davam edəcəyini vurğulayıb. O bütün şəhidlərimizi unutmayacaqlarını bildirib və qazilərimizə Allahdan acil şəfalar diləyib.
    Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov öz çıxışında şəhidliyin yüksək zirvəsindən danışıb və şəhidləri ehtiramla anıb. Natiq öz çıxışında şəhidlərin ölü olmadığını, hər zaman diri olduğunu qeyd edib.
    Tədbirdə çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə öz çıxışında tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və şəhidlərimizin sadəcə bizim şəhidlər olmadığını eyni zamanda bütün İslam ümmətinin şəhidləri olduğunu qeyd edib.

    Rəsmi çıxışlardan sonra Türkiyə Cumhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvü Fatih Okumuş, Süleymaniyə məscidinin İmamı Ekrem Nalbant və Fatih məscidinin imamı Yusuf Yılmaz, Əjdərbəy məscidinin imamı Azər Nafiyev öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə öz töhfələrini veriblər. Bütün qiraətlərdən sonra məscid imamları tərəfindən oxunan ayələrin Azərbaycan dilində tərcüməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

    Tədbirin sonunda məşhur qarilər tərəfindən şəhidlərin şanına həsr olunmuş ilahilər oxunub və Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvü Fatih Okumuş tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib və qiyabi cənazə namazı qılınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR