"Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında mütləq görüş olmalıdır".
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinq zamanı bildirib.
"Ermənistan və Azərbaycan sabit sülh sazişi əldə etməlidir. Prezident Əliyev və baş nazir Paşinyan gələn həftə görüşəcəklərini açıqlayıblar. Biz onların görüşməsinin və nəticədə iki ölkə arasındakı uçurumun aradan qaldırmasının vacib olduğunu düşünürük" , - o, vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.