Amerika Birləşmiş Ştatları Keniya ilə regional təhlükəsizlik, terrorizm və zorakılıqla mübarizə üçün 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzaladı.
Azadmedia.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Keniyanın paytaxtı Nayrobidə Keniya prezidenti Uilyam Ruto və müdafiə naziri Aden Bare Duale ilə ikitərəfli görüşlər keçirib. Sonra iki ölkə arasında regional sabitlik və terrorla mübarizə mövzusunda 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzalanıb. Belə ki, ABŞ və Keniya strateji tərəfdaşlıq möhkəmləndirmək və terror təşkilatı “Əl-Şəbab”la mübarizədə əməkdaşlıq qərarı veriblər.
Qeyd edək ki, Afrika səfəri çərçivəsində Cibuti və Keniyada müxtəlif görüşlər keçirən ABŞ müdafiə naziri sonra Anqolaya yola düşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.