Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclası sentyabrın 28-də keçirildi.
Prezident İqamətgahında saat 15.50-də bağlı qapılar arxasında başlayan iclas 3 saat davam edib.
İclasda terrorla mübarizədə qətiyyət vurğulanıb. Bundan əlavə, regional inkişaflar da qiymətləndirilib.
İclasdan sonra yayılan Milli Təhlükəsizlik Şurasının bəyannaməsində bu maddələr yer alıb:
Başda PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ terror təşkilatları olmaqla milli birliyimizə, həmrəyliyimizə və varlığımıza yönəlmiş hər cür təhdid və təhlükələrə qarşı daxildə və xaricdə əzm, qətiyyət və uğurla həyata keçirilən əməliyyatlar barədə Şuraya məlumat verildi.
Suriya xalqının PKK/KCK-PYD/YPG terror təşkilatına qarşı haqlı müqavimətin günahsız insanları qətlə yetirən, uşaqları zorla silahlandıran, ölkənin təbii sərvətlərini istismar edən bu subpodratçı təşkilatın sülh və əmin-amanlıq yolunda ən böyük maneə olduğunu təsdiqlədiyi bildirildi. Separatçı terror təşkilatını bölgəmizdən təmizləmək əzmimiz vurğulandı və bu qətl şəbəkəsinə dəstəyini davam etdirən aktyorlara beynəlxalq hüquq və insan haqlarına əsaslanan öhdəlikləri və müttəfiq kimi məsuliyyətləri xatırladıldı.
Yarım əsrə yaxındır mühüm sınaqlarla üzləşən dost və qardaş İraq xalqına Türkiyenin bundan sonra da maksimum dəstəyi verəcəyinə diqqət çəkildi. Ölkədə dinc şəkildə yanaşı yaşama mədəniyyətinin ən müstəsna nümunələrindən birini təşkil edən Kərkükdə sülhün qorunub saxlanmasının, ölkədəki terror təşkilatlarının tamamilə məhv edilməsinin regionla bağlı siyasətimizin prinsiplərindən olduğu vurğulandı.
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti
Birləşmiş Millətlər Təşkilatının Sülh Qüvvələrinin Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) suverenliyinə və Kıbrıs türklərinin ən əsas humanitar ehtiyaclarına qarşı ikili standartlı münasibət və fəaliyyətləri tərəfsizlik öhdəliyi ilə bir araya sığmır və onun nüfuzuna xələl gətirir; Bu çərçivədə, ŞKTC səlahiyyətliləri ilə yazılı razılaşma yolu ilə Sülhməramlı qüvvələrin ŞKTC-dəki fəaliyyətinin qanuni əsasa qoyulması zərurətinin bir daha ortaya çıxdığı bildirildi. Türkiyenin beynəlxalq hüquq və müqavilələrə əsaslanan hüquqları çərçivəsində Kıbrıs türklərinin təhlükəsizliyinin və sülhünün qarantı olmağa davam edəcəyi vurğulandı.
Azərbaycanın ərazi bütövlüyü
Bütün tərəflərə, xüsusən də Ermənistana xatırladılıb ki, Cənubi Qafqazda daimi sülhə gedən yol yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz bərqərar edilməsi və regionumuzdakı bütün ölkələrin rifahına töhfə verəcək müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə açıla bilər; Türkiyenin bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəkləməyə davam edəcəyi bildirildi.
Ukrayna-Rusiya müharibəsi
Ukraynada davam edən müharibə ilə bağlı son inkişaflar və atıla biləcək addımlar, xüsusilə Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması müzakirə edildi; Müharibənin gecikmədən ədalətli və qalıcı sülhlə sona çatması üçün səylərini davam etdirməkdə Türkiyenin əzmi təsdiqləndi.
Kosovoda baş verən hadisələr və Balkanlardakı son vəziyyət dəyərləndirildi; Türkiyenin həm bölgədə, həm də NATO missiyasının komandanlığını öz üzərinə götürəcəyi Kosovoda sülh və əmin-amanlığın qorunması üçün maksimum səy göstərəcəyi bildirildi.
Liviyaya dəstək
Türkiyenin çətin günlər yaşayan dost və qardaş Liviya xalqına göstərdiyi yardım və dəstəyi ölkə daxilində balanslı və bərabər şəkildə davam etdirəcəyi və böyük fəlakətdən sonra göstərilən həmrəyliyin qorunub saxlanılması ilə ölkədəki birlik və bərabərliyin bərpasına töhfə verməyə, bütün tərəflərlə təmasın davam edəcəyi bildirildi.TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.