Hindistan və Amerika Birləşmiş Ştatları orduları növbəti “Yudh Abhyas” hərbi təlimini keçiriblər.
Hindistan Silahlı Qüvvələrinin “X” sosial media platformasında verilən açıqlamada manevrin ABŞ-ın Alyaska əyalətində keçirildiyi bildirilib.
Oktyabrın 8-dək davam etməsi planlaşdırılan təlimə Hindistan ordusundan 350 şəxsi heyət qatılıb.
Hərbi təlimdə iki ordu arasındakı əlaqənin gücləndirilməsinə diqqət yetirilir, çətin iqlim şəraitində logistika və tibbi yardım kimi müxtəlif təcrübələr tətbiq edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.