AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

125 nəfərdən biri və birincilərdən olması onu dəyişmədi - Deputat

  • + A
  • - A
  • 1-10-2023, 20:57

    125 nəfərdən biri və birincilərdən olması onu dəyişmədi - Deputat

    Milli Məclisin deputatı Ülvi Quliyev həmkarı Qənirə Paşayevanın vəfatı ilə əlaqədar başsağlığı verib.

    AzadMedia.az xəbər verir ki, başsağlığında deyilir:

    "Hörmətli Qənirə xanımı millət vəkili seçilməmişdən uzun illər əvvəl jurnalist fəaliyyəti ilə məşğul olduğu zamanlarda tanımışdım. Vəzifə, status, 125 nəfərdən biri və birincilərdən olması onu dəyişmədi: insansevər, Türk sevdalısı, xeyirxah və etibarlı. Elin gözü tərəzidir, xalqımız və dövlətimiz bu keyfiyyətlərinə görə Qənirə Paşayevanı sevdi və ona dəyər verdi. Hər birimiz üçün ağır itkidir. Allah rəhmət eləsin".

    Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR