Türkiyə "SpaceX" şirkəti və İlon Maskla əməkdaşlığı genişləndirir.
Azadmedia.az-ın məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
Belə ki, "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İlon Maska əlaqələri əməkdaşlıq planlarımızı daha da asanlaşdırır. Teslanın Türkiyəyə investisiyası ilə bağlı gündəm var", - deyə o əlavə edib.
Qeyd edək ki, İlon Mask TEKNOFEST-ə dəvət etdiyi üçün prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.