Prezident Rəcəb Tayyib Ərdoğan gələn il TEKNOFEST-ə qatılacaqlarını açıqlayan ''Tesla'' və ''SpaceX''-in baş direktoru İlon Maska belə cavab verib:“Sizi gələn il dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-də görməkdən çox məmnun olacağıq”.
Azadmedia.az xəbər verir ki, bu barədə rəsmi ''X'' səhifəsində paylaşım edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Hörmətli İlon Mask. Sizi gələn il dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-də görməkdən çox məmnun olacağıq. İnanıram ki, qarşılıqlı faydalanma anlayışı ilə quracağımız əməkdaşlıqla ölkəmizə və bəşəriyyətə bir çox sahədə böyük töhfələr verəcəyik''.
Qeyd edək ki, İlon Mask paylaşımında onu TEKNOFEST-ə dəvət etdiyi üçün Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib və deyib: ''Gələn il TEKNOFEST-ə qatılmağı və Türkiyedə investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.