Bakı və Tbilisi müdafiə sahəsində əməkdaşlığı artırır. Bazar ertəsi bu yay imzalanmış saziş Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya edilib.
Azərbaycan Milli Məclisi oktyabrın 2-də keçirilən iclasında Gürcüstanla müdafiə sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib.
Bu ilin aprelində Bakıda bağlanan sənəd müdafiə sahəsində Bakı ilə Tbilisi arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlib. Bundan əlavə, tərəflərin qəbul etdiyi proqramların həyata keçirilməsi üçün əməli fəaliyyətin təmin edilməsinə yönəlib.
Azadmedia.az xatırladır ki, Gürcüstan parlamenti sazişi iyunda ratifikasiya edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.