Avropa Parlamenti (AP) 2021-2027-ci illər üçün Avropa İttifaqı (Aİ) büdcəsinə yenidən baxılmasını təsdiqləyib. Burada 50 milyard avroluq Ukrayna ilə bağlı xüsusi fondun formalaşdırılmasına dair müddəalar var.
Azadmedia.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” təşkilatın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Belə ki, “Biz Aİ iqtisadiyyatını gücləndirməklə yanaşı, 50 milyard avroluq yeni proqramla Ukraynadakı vəziyyəti sabitləşdirməyi hədəfləyirik. Biz büdcəni möhkəmləndirir, miqrasiya ehtiyacları üçün artırırıq”, - deyə polşalı deputat Yan Olbrixt bildirib.
Qeyd edək ki, Avropa Parlamenti Avropa Komissiyasının daha əvvəl təklif etdiyi 65,8 milyard avroya əlavə olaraq 2024-2027-ci illər üçün əlavə 10 milyard avro ayrılmasını təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.