AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ və Yaponiya müdafiə nazirləri bu barədə razılığa gəliblər - MN

  • + A
  • - A
  • 5-10-2023, 08:29


    ABŞ və Yaponiya müdafiə nazirləri bu barədə razılığa gəliblər -


    Asiya-Sakit okean regionunda artan gərginliyə qarşı birlikdə hərəkət edən ABŞ və Yaponiyanın müdafiə nazirləri qoşunlarının çəkindirmə və müdaxilə imkanlarını gücləndirmək barədə razılığa gəliblər.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyaya yeni təyin olunmuş müdafiə naziri Kihara Minoru ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə ilk telefon danışığını aparıb.

    Belə ki, daha sonra mətbuata açıqlama verən Kihara amerikalı həmkarı ilə görüşdə əməkdaşlıq prioritetlərini müzakirə etdiklərini və bunu “konstruktiv görüş” olaraq qiymətləndirdiyini bildirib.

    Həmçinin məlumata görə, görüş zamanı Kihara və Ostin Yaponiya və ABŞ alyansının çəkindirmə və müdaxilə imkanlarını gücləndirmək barədə razılığa gəliblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR