Türkiyə Əfqanıstanın Herat vilayətində baş verən zəlzələlərdə həyatını itirənlər üçün başsağlığı verdi.
Azadmedia.az TRT-yə istinadən bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada oktyabrın 8-də Heratda baş verən 6,3 bal gücündə zəlzələdə yüzlərlə insanın həyatını itirdiyi, 1000-dən çox adamın yaralandığı kədərlə bildirilib: “Dost və qardaş Əfqanıstan xalqına başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyirik. Türkiyə hər zaman olduğu kimi əfqanıstanlı bacı-qardaşlarının yaralarının sağalması üçün hər cür dəstəyi verməyə hazırdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.