Oktyabrın 7-də İsrailə hücumda iştirak edən yaraqlıların sayı min nəfərə yaxın idi.
Azadmedia.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken ABC telekanalına müsahibəsində deyib.
Belə ki, "Qəzza ətrafında döyüşlər davam edir. Ölkənin qalan hissəsində vəziyyət daha sakitdir. Amma döyüşlər həqiqətən də şiddətlidir, 1 000 yaxın döyüşçü İsrailə basqın edib. Onların əksəriyyəti öldürülüb və ya Qəzzaya qayıdıb, amma dediyim kimi, gərgindir. Döyüşlər davam edir", - deyə Entoni Blinken deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.