İsrail prezidenti İsaak Hersoq onları çətin günlərin gözlədiyini və “çox əhatəli və geniş müharibənin bir göz qırpımında bitməyəcəyini” deyib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsak Hersoq Qəzzadan İsrailə edilən hücumlarla bağlı ictimaiyyətə müraciət edib.
Belə ki, Hersoq İsraildəki hadisələrin hərtərəfli müharibənin bir hissəsi olduğunu deyib:
"Belə bir müharibə bir göz qırpımında bitməyəcək. Düşmənlərimiz ciddi psixoloji səylər göstərir; kiberhücum etməklə, qeyri-real görüntülər və hesabatlar dərc etməklə. Bunların hamısında məqsəd içimizə qorxu və təşviş salmaqdır. Mübahisəsiz fakt olaraq, İsrail dövlətinin uğur qazanmaqdan başqa seçimi yoxdur".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.