Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı yekdil fikir var. Bu barədə bazar ertəsi İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında bildirib.
“Azərbaycanın rəsmi nümayəndəsinin (Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun - redaktorun qeydi) Tehrana səfəri iki ölkə rəsmiləri arasında aparılan danışıqların davamı kimi baş tutub. Müsbət danışıqlar və məsləhətləşmələr aparılıb. Həm Azərbaycan, həm də İran tərəfləri Qafqazda və regionda baş verən son hadisələrlə bağlı fikirlərini bildiriblər. Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı yekdil fikir var. Davam edən müzakirələr və atılan uğurlu addımlar çərçivəsində səfirlik tezliklə Tehranda fəaliyyətini bərpa edə bilər. İran və Azərbaycan arasında ikitərəfli münasibətlərdə yaxşı ab-hava və tendensiya var”, - deyə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.