Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (WFP) qurumu İsrail və Fələstində vəziyyətin sürətlə pisləşməsindən və bu münaqişənin region xalqlarına təsirindən dərin narahat olduğunu bildirib.
Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, Sözügedən təşkilat Fələstin və İsrail arasında yaşanan gərginliklə bağlı yazılı açıqlama verib.
Belə ki, bəyanatda deyilir: "BMT-nin Ümümdünya Ərzaq Proqramı İsrail və Fələstində sürətlə pisləşən vəziyyətdən və bu münaqişənin insanlara təsirindən dərin narahatdır. Münaqişələr artdıqca müdafiəsiz uşaqlar və ailələr də daxil olmaqla, mülki əhali əsas ehtiyaclarla üzləşir, ərzaq paylama şəbəkələri pozulur, istehsal çətinləşir, ərzaq resurslarına çıxışda çətinliklər yaranır.
Bütün dünyanı humanitar yardıma çağırırıq. Tərəfləri təsirə məruz qalan ərazilərə təhlükəsiz və maneəsiz humanitar çıxışı təmin etməyə, humanitar hüquq prinsiplərini dəstəkləməyə və mülki şəxslərin həyat və rifahını qorumaq üçün bütün lazımi tədbirləri görməyə çağırırıq.
BMT Ümümdünya Ərzaq Proqramı məcburi köçkün və ya şərait imkan verdikdə sığınacaqlarda olan insanlara əvvəlcədən göndərilmiş ərzaq ehtiyatları ilə operativ kömək göstərməyə, habelə həssas insanlara müntəzəm ərzaq və pul yardımını bərpa etməyə hazırdır.
Fələstinin təsirlənən bölgələrində dükanlarda bir aylıq ərzaq ehtiyatı var. Uzun sürəcək bir qorxu səbəbindəb anbarlar sürətlə tükənmə riski ilə üz-üzədir.
Bölgədə elektrik enerjisinin tez-tez kəsilməsi də qidaların xarab olmasına gətirə bilər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.