Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb. Azadmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyinin məlumatında bildirilib.
Belə ki, tərəflər Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, vəliəhd Abbası əmin edib ki, krallıq Fələstin xalqının qanuni hüquqlarını həyata keçirmək və ədalətli və davamlı sülhə nail olmaq üçün dəstəyini davam etdirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.